“ABŞ-da benzinin bahalaşmasında günahkar Putindir” –Ağ Evdən AÇIQLAMA

“ABŞ yanacağın qiymətinin artmasında Rusiya prezidenti Vladimir Putini günahlandırır”.

Azpost.info xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karin Jan-Pyer deyib.

Onun sözlərinə görə, xammalın bahalaşması Rusiya prezidentinin Ukraynada səbəb olduğu vəziyyətlə bağlıdır. “Son bir neçə ayda qiymətlərin təxminən 60 faiz artdığını müşahidə etməyimiz Rusiya qüvvələrinin və Vladimir Putinin Ukraynaya müdaxiləsi ilə bağlıdır”, – “Reuters” Ağ Ev sözçüsünə istinadən yazır.

ABŞ prezidenti Co Bayden martın 8-də Rusiyanın enerji təchizatına embarqo elan etdikdən sonra Birləşmiş Ştatlarda benzinin qiymətləri kəskin şəkildə artıb. ABŞ Avtomobilçilər Assosiasiyasının məlumatına görə, ölkədə ən bahalı yanacaq hazırda Kaliforniyadadır. Onun qiyməti bir qallon üçün orta hesabla 5,85 dollar təşkil edir ki, bu da bir il əvvəllə müqayisədə 47 faiz çoxdur.

Azpost.info

Əvvəlki məqalə

“ABŞ Azərbaycanla əməkdaşlığa sadiqdir” –

Sonrakı məqalə

Mehriban Əliyeva Uşaqlar Günü ilə bağlı paylaşım edib