ABŞ-da Hərbi Dəniz Qüvvələrinin bazasında yenə atışma olub

ABŞ Hərbi Dəniz Qüvvələrinin Florida ştatında yerləşən “Pensakola” aviabazasında atışma baş verib.

APA-nın “Washington Post”-a istinadən verdiyi xəbərə görə, insidentdən sonra 5 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs öldürülüb. Hərbi bazanın girişi və çıxışı bağlanaraq nəzarətə götürülüb. Digər mənbələr insident nəticəsində ölənlərin olduğu barədə də məlumatlar yayır. İnsidentin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, araşdırma aparılır.

Qeyd edək ki, iki gün əvvəl Hərbi Dəniz Qüvvələrinin Pörl-Harborda yerləşən bazasında da atışma baş vermiş, iki mülki şəxs həlak olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda “Nəsimi ili”ndə bir gündə 650 mindən çox ağac əkildi –

Sonrakı məqalə

Çin bəzi ABŞ məhsullarına idxal tariflərini ləğv edəcək