Çin bəzi ABŞ məhsullarına idxal tariflərini ləğv edəcək

Cümə günü Çinin Maliyə Nazirliyi ölkə kabinetinin qərarına əsaslanaraq bildirib ki, ABŞ-dan bəzi soya paxlalarını və donuz əti idxalı tariflərindən imtina edəcək.

Nazirlikdən verilən bəyanatda deyilir ki, tarifdən imtina fərdi firmaların ABŞ-ın soya paxlaları və donuz əti idxalı ilə bağlı müraciətlərinə əsaslanıb. Onların sayı ilə bağlı dəqiq rəqəm açıqlanmır.

Çin ABŞ-ın intellektual mülkiyyətini Çin firmalarına ötürməsi və məcbur etməsi iddiaları ilə əlaqədar rəsmi Vaşinqtonun tətbiq etdiyi tariflərə qarşı bir tədbir olaraq 2018-ci ilin iyul ayında ABŞ-ın soya paxlaları və donuz ətinə 25% tarif tətbiq etmişdi.

Sözügedən qərar ABŞ və Çin arasında “birinci mərhələ” və ya iki ölkə arasındakı 17 aylıq ticarət müharibəsini ləğv etməkdən ötrü müvəqqəti saziş bağlamaq üçün aparılan danışıqlar zamanı verilib.

Bir-birinin mallarına tariflərin aradan qaldırılması bu danışıqların əsas hissəsidir.

Çin eyni zamanda, Afrikada donuz qripi yayıldıqdan sonra kütləvi şəkildə donuz sürülərini məhv edildiyi vaxtdan etibarən donuz əti tədarükünü dayandıraraq böyük bir zülal çatışmazlığını doldurmaq üçün dünyanın başqa bazarlarını araşdırmağa başlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-da Hərbi Dəniz Qüvvələrinin bazasında yenə atışma olub

Sonrakı məqalə

Banklar üçün xoş olmayan xəbər –