“ABŞ-da koronavirusa 12 nəfər yoluxmuşdu” –

Tramp virusdan danışdı
24 Fevral 2020 - 09:25

“Çin lideri Si Tszinpin koronavirus probleminin öhdəsindən gələcək. Buna əminəm”.

TASS  xəbər verir ki, bunu Hindistana səfəri ərəfəsində Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.

“Bu, böyük bir problemdir, ancaq Çin rəhbəri ölkəsini sevir, çox işləyir və bu problemi həll edəcək”, Trapm bildirib.

O, əlavə edib ki, koronavirusla mübarizədə ABŞ hakimiyyət orqanları fəal iştirak edirik, baş verən hər şeyi yaxşı qiymətləndirir: “Ölkəmizdə vəziyyət tamamilə nəzarətimizdədir. ABŞ-da koronavirusa 12 nəfər yoluxmuşdu, amma indi onların əksəriyyətinin səhhəti yaxşılaşıb”.