ABŞ-ın Kentukki ştatından olan cütlük noyabrda lotereyada 50 min dollar udublar. Lakin şanslı qaliblər xəbərdən bir həftə əvvəl aldıqları bileti itiriblər.
“Amerikanın Səsi”nin məlumatına görə, Mark Perduenin həyat yoldaşı bildirib ki, bileti tulladığına görə, 3 ay özünü günahlandırıb.
Fevral ayında Mark Perdue bütün bu müddət ərzində istifadə etmədiyi xidməti avtomobilini yoxlamağa gedib və bileti orada tapıb.
Ertəsi gün lotereya ofisidə cütlük vergiləri çıxdıqdan sonra 36.000 dollarlıq çeki alıb. Cütlük hesabları ödəməyi və səyahətə çıxmağı planlaşdırırlar.