ABŞ-da Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədin adı bəlli oldu- CNN

Qapalı səsvermədən sonra konqresmen Mayk Conson ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri vəzifəsinə yeni namizəd olub.

Azpost.info xəbər verir ki, CNN-in məlumatına görə, onun namizədliyini 128 partiya üzvü dəstəkləyib.

Konqresmen yeni spiker olmaq üçün Nümayəndələr Palatasının tam tərkibində 217 səs qazanmalıdır. Bunun üçün siyasətçi Konqresin aşağı palatasına nəzarət edən respublikaçılar arasında partiyadaxili parçalanmanı aradan qaldırmalıdır.

Daha əvvəl konqresmen Tom Emmer ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri postu uğrunda mübarizədən imtina edib. Ona bir qrup respublikaçı qarşı çıxıb. Partiya üzvləri Nümayəndələr Palatasında keçirilən səsvermədə Emmeri dəstəkləməkdən imtina ediblər.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.