ABŞ-da son sutkada COVID-19-a 49 522 yoluxma qeydə alınıb, 937 nəfər ölüb

19 Sentyabr 2020 - 16:49

ABŞ-da son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 49 522 yoluxma halı qeydə alınıb, 937 nəfər ölüb.

 Bu barədə Con Hopkins Universiteti məlumat yayıb.  

Bildirilib ki, ABŞ-da indiyədək COVID-19-a 6,7 milyondan çox yoluxma halı aşkarlanıb, 198 603 nəfər ölüb.

Xəstəlikdən sağalanların sayı 2,5 milyondan çoxdur.