ABŞ-da ticarət mərkəzində qaradərili vətəndaşlar atəşə tutulub –4 nəfər ölüb

ABŞ-ın Florida ştatının Ceksonvil şəhərində atışma nəticəsində 4 nəfər ölüb.

Bu barədə “Reuters” agentliyi Ceksonvil şəhərinin meri Donn Diqana istinadən məlumat yayıb.

Silahlı şəxs “Dollar General” ticarət mərkəzindəkiləri atəşə tutub. Hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub, silahlı şəxs öldürülüb.

Şəhər polis rəisi bildirib ki, cinayət afroamerikalılara nifrət zəminində baş verib, silahlı şəxs ticarət mərkəzində məhz afroamerikalıları atəşə tutub.

Əvvəlki məqalə

Prezident və birinci xanım Zabux kəndində sakinlərlə görüşüblər –

Sonrakı məqalə

AZƏRTAC loqosunu və veb-saytını yeniləyib