ABŞ-da “zombi meşələr”in sayı artır

Atmosferin istiləşməsi bütün dünyada ekstremal hava şəraitinə səbəb olub.

Azpost.info bildirir ki, tədqiqatçı Brendan O’Liri TSD jurnalı üçün yazdığı məqalədə bildirib ki, temperaturun artması ilə Kaliforniyada minlərlə iynəyarpaqlı meşələr “zombi meşələrə” çevrildikdən sonra öz sayını artıra bilməyəcək.

Zombi meşəsi isti iqlim səbəbindən yeni fidanları səmərəli şəkildə istehsal edə bilməyən ağaclar qrupuna (adətən müəyyən bir növə aiddir) aiddir.

Bu problem regional xarakter daşıyır. Xüsusilə Kaliforniyada bu zombi meşələrində artım müşahidə olunur.

Sierra Nevada bölgəsində bu iynəyarpaqlıların ən azı beşdə birinin hazırda bölgədə artan temperaturlara uyğunlaşmadığı təxmin edilir. Hətta ən yaxşı ssenaridə belə, 77 il ərzində “iqlimlərindən kənarda” yaşayan bu ağacların sayı iki dəfə artacaq.

Azpost.info

Əvvəlki məqalə

100 kilo marixuana, heroin, “patı” –

Sonrakı məqalə

Prezident İlham Əliyev OPEC-in baş katibini qəbul edib –