Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Birləşmiş Ştatları digər ölkələrdə yerləşdirdiyi bütün nüvə silahlarını öz ərazisinə qaytarmağa çağırıb.
Azpost.info xəbər verir ki, diplomat ABŞ-ın hava bombalarını Avropa ölkələrində yerləşdirdiyini xatırladıb.
“Gərginliyin və risklərin artdığı indiki dövrdə nüvə dövlətlərinin eskalasiyanın qarşısını almaq üçün xüsusi məsuliyyəti var. Bu baxımdan, mən bir daha Vaşinqtonu xaricdə yerləşdirilmiş bütün nüvə silahlarını milli ərazilərə qaytarmağa, onların saxlanması üçün xarici infrastrukturu ləğv etməyə çağırıram”, – Antonov bildirib.
Səfir onu da qeyd edib ki, NATO-nun birgə nüvə missiyaları çərçivəsində qeyri-nüvə dövlətlərinin hərbi qulluqçularının iştirakı ilə bu cür döyüş sursatlarının istifadəsinin sınaqdan keçirilməsi təcrübəsinə də son qoyulmalıdır
Azpost.info