BMT-nın Baş Assambleyasının 74-cü sessiyası çərçəvəsində ABŞ bir sıra ölkələrə Vaşinqtonun Tehranın təşkilində ittiham etdiyi Səudiyyə neft obyektlərinə hücum barədə məlumat verib.
Bu barədə mətbuat konfransında ABŞ dövlət katibi Maykl Pompeo bildirib.
Qeyd edək ki, konfrans zamanı Maykl Pompeo bunları söyləyib: “Bizdə olan məlumatları nəinki Yaxın Şərq ölkələrinə, eyni zamanda Avropa, Afrika və Asiya ölkələrinə də çatdıra bildik. Mənə aydın görünür ki, İran İslam Respublikası bir dövlət kimi özünü normal apara bilmir. Onlar başa düşməliydilərki dünya bu hücumların kimin tərəfindən gec və ya tez aparıldığını biləcəkdirlər və yenədə əlaltıların arxasında gizlənməyi tərciyə etdirlər”, Pompeo söyləyib. (Trend)