ABŞ dövlət katibi Azərbaycan və Ermənistana çağırış edib

17 Noyabr 2021 - 08:07

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı tərəflərə çağırış edib.

Dövlət katibi Blinken bu barədə “Twitter” hesabında paylaşım edib.

“Ermənistan və Azərbaycan arasında döyüşlər barədə xəbərlər bizi narahat edir. Hər iki tərəfi sərhədlərin demarkasiyası da daxil olmaqla bütün həll edilməmiş məsələlərin həlli üçün birbaşa və konstruktiv şəkildə işləməyə çağırırıq”,-deyə ABŞ dövlət katibi bildirib.