Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi – 3 körpü vuruldu

User 20 Noyabr 2026 - 10:57 (Last updated: 20 Noyabr 2026 - 10:57)
kiyev raket

Rusiya hərbçiləri noyabrın 20-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib.

Kiyev meri Vitali Kliçkonun məlumatına görə, hücum nəticəsində 3 nəfər həlak olub, daha 15 nəfər yaralanıb. Yaralılardan 7-si xəstəxanaya yerləşdirilib.

Zərbənin əsas hədəfləri Dnepr çayı üzərindəki üç körpü – Podolsko-Voskresenski, Darnitski və Cənub körpüləri olub. İlk körpüdə hərəkət tamamilə bağlanıb, digər ikisində isə məhdudlaşdırılıb.

Kliçko paytaxtın sağ və sol sahilləri arasında nəqliyyatın hərəkətində ciddi çətinlik yarandığını bildirərək sakinləri zəruri ehtiyac olmadıqca şəxsi avtomobillərdən istifadə etməməyə çağırıb.

Mer raket hücumunun davam etdiyini qeyd edib. Onun sözlərinə görə, körpülərə dəymiş ziyanın miqyasını yalnız hava hücumu xəbərdarlığı başa çatdıqdan sonra qiymətləndirmək mümkün olacaq.

Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına əsasən, hücum nəticəsində şəhərin üç rayonunda yanğınlar baş verib, kritik infrastruktur obyektlərindən biri zərər görüb. Elektrik təchizatında yaranan problem səbəbindən bir neçə rayonda trolleybusların hərəkəti dayanıb.

Həmin gecə Lvov, Xarkov, Zaporojye və Dnepropetrovsk vilayəti də hücuma məruz qalıb.

Xarkov meri İqor Terexov pilotsuz uçuş aparatının xəstəxanaya zərbə endirdiyini bildirib. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Zaporojyedə dron tramvaya düşüb, bir qadın yaralanıb. Dnepropetrovsk vilayətinin Joltıye Vodı şəhərində isə 5 nəfər xəsarət alıb.

Rusiya Müdafiə Nazirliyi isə Kiyevdə və Ukraynanın beş vilayətində hərbi-sənaye kompleksi müəssisələrinin, anbarların, enerji və nəqliyyat infrastrukturu obyektlərinin vurulduğunu açıqlayıb.

Xatırladaq ki, bundan bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Krım körpüsünə endirdiyi zərbələrə cavab veriləcəyini bildirmişdi. O, Rusiyanın cavab tədbirlərinin Kiyevin körpüyə qarşı həyata keçirdiyi hücumlardan “daha ağrılı” olacağını demişdi.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: “Atlant” İstirahət mərkəzinin rəhbəri vəfat etdi

Oxşar xəbərlər

tramp f
  • Dünya

“Ukraynaya ayrılan pulları özünüzə xərcləyin” – Trampdan Avropaya çağırış

User 20 Noyabr 2026 - 09:57
tramp teyare qiyamet gunu
  • Dünya

Trampı Çindən “Qiyamət günü təyyarəsi” müşayiət edib – Səbəb nədir?

User 20 Noyabr 2026 - 09:42
tramp teyyare
  • Dünya

Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”

User 19 Noyabr 2026 - 21:52

xƏBƏR

kiyev raket
  • Dünya

Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi – 3 körpü vuruldu

User 20 Noyabr 2026 - 10:57
Rusiya hərbçiləri noyabrın 20-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib. Kiyev meri Vitali Kliçkonun...
Read more about Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi – 3 körpü vuruldu
“Atlant” İstirahət mərkəzinin rəhbəri vəfat etdi qedesov
  • Sosial

“Atlant” İstirahət mərkəzinin rəhbəri vəfat etdi

User 20 Noyabr 2026 - 10:43
20 noyabrın ulduz falı – Gözlənilməz xəbər və yeni fürsətlər burcler
  • Maraqlı

20 noyabrın ulduz falı – Gözlənilməz xəbər və yeni fürsətlər

User 20 Noyabr 2026 - 10:30
Məleykə Abbaszadə BDU-da ilk addımlarını açıqladı – Nələr dəyişəcək? meleyke
  • Sosial

Məleykə Abbaszadə BDU-da ilk addımlarını açıqladı – Nələr dəyişəcək?

User 20 Noyabr 2026 - 10:16
Media üçün müsabiqələrin qaydalarına əhəmiyyətli yeniliklər edilib – Natiq Məmmədli natiq memmeli
  • Media

Media üçün müsabiqələrin qaydalarına əhəmiyyətli yeniliklər edilib – Natiq Məmmədli

User 20 Noyabr 2026 - 10:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.