ABŞ Dövlət katibi sabiq müşavir Boltona qəzəbləndi:"Açıq yalanlar yayır, bu, çox təhlükəlidir"

“Con Bolton açıq-aşkar yalan yayır”.

ABŞ Departamentinin saytının verdiyi xəbərə görə, bunu ABŞ Dövlət katibi Mayk Pompeo Prezident Donald Trampın sabiq müşaviri Con Boltonun memuarından dərc olunan çıxarışlara münasibət bildirərkən deyib.

“Mən o kitabı oxumamışam, lakin kitabdan dərc olunan çıxarışlara əsasən deyə bilərəm ki, Con Bolton açıq yalanlar, yarımçıq həqiqətlər yayır. Bu, çox təhlükəlidir, həm də təəssüf doğurur”, – deyə M. Pompeo qeyd edib.

ABŞ Dövlət katibi C. Boltonu xəyanətdə ittiham edib.

“Mən bütün dünyadakı dostlarımıza müraciət edirəm: “Siz bilirsiniz ki, Prezident Trampın Amerikası dünyada müsbət gücü təmsil edir”, – deyə o vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri C. Bolton memuarından hissələr dərc edilib. Bu memuarda D. Trampla bağlı ziddiyyətli məqamlar var.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Daha 2 rayona yeni prokuror təyin edilib

Sonrakı məqalə

Goranboyun icra başçısı koronavirusa yoluxdu