ABŞ Dövlət katibi Türkiyəyə səfər edəcək

11 Noyabr 2020 - 10:41

ABŞ dövlət katibi Maykl Pompeo Türkiyə, Gürcüstan, İsrail, Fransa, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanına səfər edəcək.

Azpost.info bildirir ki, bu barədə o Dövlət Departamentində brifinq zamanı deyib.

Pompeonun sözlərinə görə, hər ölkə üzrə müzakirə olunan məsələlər var.