Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03 (Last updated: 12 Noyabr 2026 - 21:04)
britaniya bas nazir

Böyük Britaniya Rusiyanın ən iri 10 neft hasilatı şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Azpost.info bildirir ki, bu barədə ölkənin Baş naziri Endi Börnham Dublində keçirilən Avropa Siyasi Birliyinin sammitində açıqlama verib.

PA Media-nın məlumatına görə, Börnham təxminən 50 ölkənin liderlərini Ukrayna ilə bağlı sülh danışıqlarına Moskvanın ciddi yanaşmasına nail olmaq üçün Rusiya Prezidenti Vladimir Putinə təzyiqləri artırmağa çağırıb.

Yeni sanksiya paketi Rusiyanın neft ixracından əldə etdiyi gəlirləri azaltmağa yönəlib. Məhdudiyyətlərə Rusiya neftini qanunsuz daşıyan “kölgə donanması”na məxsus gəmilər, “Slavneft” neft şirkəti və “Rosneft”in Arktikada həyata keçirdiyi əsas neft-qaz layihəsi olan “Vostok Oil” da daxil edilib.

“Ukraynada sülh danışıqları irəliləyib, lakin indi arxayınlaşmaq vaxtı deyil. Rusiyanın tam və dərhal atəşkəsə razılıq verməsinə nail olmaq üçün ona təzyiqləri artırmağa davam etməliyik”, – Börnham bildirib.

Onun sözlərinə görə, yeni sanksiyalar Rusiyanın neft gəlirlərinə təzyiqi gücləndirməli və müharibənin dayandırılmasına kömək etməlidir. Baş nazir danışıqlarda əldə olunan irəliləyişdən istifadə etməyin, həm Böyük Britaniyanın, həm də bütün Avropanın təhlükəsizliyini təmin edəcək yol tapmağın vacibliyini vurğulayıb.

Börnham cümə axşamı Ukrayna ilə bağlı keçiriləcək iclasda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə həmsədrlik edəcək. Liderlər ABŞ-ın vasitəçiliyi ilə Əbu-Dabidə keçirilmiş və ABŞ, Rusiya, Ukrayna nümayəndələrinin iştirak etdiyi son danışıqlardan sonrakı addımları müzakirə edəcəklər. Zelenski daha əvvəl sülh prosesində Avropanın da iştirakının vacibliyini vurğulamışdı.

Böyük Britaniyanın Baş naziri danışıqlarda əldə olunan irəliləyişi alqışladıqlarını, lakin Avropanın bu prosesdə tamhüquqlu rol oynamalı olduğunu bəyan etməyi planlaşdırır. O, eyni zamanda Moskva üzərində təzyiqlərin davam etdirilməsinin və Avropanın təhlükəsizliyini möhkəmləndirəcək razılaşmaların əldə olunmasının vacibliyini qeyd edəcək.

Sammit çərçivəsində Börnham Danimarkanın Baş naziri Mette Frederiksenlə birlikdə müdafiə və təhlükəsizlik məsələlərinə dair dəyirmi masa da keçirəcək. Görüşdə artan hibrid təhdidlər müzakirə olunacaq.

Bundan başqa, Britaniya hökumətinin məlumatına görə, Börnham sammitdən Böyük Britaniya ilə Avropa İttifaqı arasında yeni münasibətlərin qurulması ideyasını irəli sürmək üçün də istifadə edəcək. Bu məsələ gələn həftə Brüsseldə keçiriləcək Böyük Britaniya–Aİ sammitində də gündəmdə olacaq.

Nadir Talıblı

AzPost.az

Post navigation

Previous: Bahalı hədiyyələr və romantik səyahətlər ailəni xilas etmir – Əsas məsələ başqadır
Next: İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

Oxşar xəbərlər

putin uitkof
  • Dünya

Putin ABŞ-dan Avropaya təsir göstərməyi istədi – “Sülh, yoxsa müharibə?”

User 12 Noyabr 2026 - 20:16
rus ordu seferberlik
  • Dünya

Rusiyanın Ukraynada itkiləri 230 minə çata bilər – Məxfi məlumatlar üzə çıxdı

User 12 Noyabr 2026 - 19:57
iran abs xerite
  • Dünya

ABŞ İranı quru yollardan mühasirəyə almaq istəyir

User 12 Noyabr 2026 - 19:40

xƏBƏR

ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində...
Read more about İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var? britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
Bahalı hədiyyələr və romantik səyahətlər ailəni xilas etmir – Əsas məsələ başqadır aile
  • Sosial

Bahalı hədiyyələr və romantik səyahətlər ailəni xilas etmir – Əsas məsələ başqadır

User 12 Noyabr 2026 - 20:57
2026-cı ilin sonuna qədər 4 bürcün həyatı dəyişəcək – Onları nə gözləyir? burcler
  • Maraqlı

2026-cı ilin sonuna qədər 4 bürcün həyatı dəyişəcək – Onları nə gözləyir?

User 12 Noyabr 2026 - 20:47
Putin ABŞ-dan Avropaya təsir göstərməyi istədi – “Sülh, yoxsa müharibə?” putin uitkof
  • Dünya

Putin ABŞ-dan Avropaya təsir göstərməyi istədi – “Sülh, yoxsa müharibə?”

User 12 Noyabr 2026 - 20:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.