ABŞ dövlət katibi vəkil Şəhla Hümbətova ilə bağlı bəyanat verdi:"Şəhlanın Vəkillər Kollegiyasına təcili bərpasını tələb edirik"

ABŞ Dövlət katibi Entoni Blinken martın 26-da vəkil Şəhla Hümbətovanın Azərbaycan Vəkillər Kollegiyasından çıxarılması ilə bağlı bəyanat verib.

“2020-ci ildə Beynəlxalq Cəsarətli Qadınlar mükafatının laureatı Şəhla Hümbətovanın insan haqlarının təbliği və müdafiəsi ilə məşğul olduğuna görə kollegiyadan çıxarılması xəbərindən narahat oldum. Şəhlanın quruma təcili bərpasını tələb edirik, onun yanında olacağıq”, – Blinken tvitində yazıb.

Ş.Hümbətova barədə qərar martın 5-də verilib. Onun kollegiyaya üzvlük haqqını ödəməməsi əsas gətirilib. Bakı İnzibati Məhkəməsi bu qərarı Azərbaycan Vəkilləri Kollegiyasının müraciəti əsasında çıxarıb.

Beynəlxalq Vəkillər Kollegiyasının İnsan Haqları İnstitutu (BVKİHİ) azərbaycanlı vəkil Şəhla Hümbətovanın Vəkillər Kollegiyasından çıxarılmasını pisləyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir