Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

ABŞ Dövlət katibinin köməkçisi Azərbaycana gəlib

User 15 İyun 2022 - 08:40 (Last updated: 21 May 2025 - 20:15)
donfrid

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi doktor Karen Donfrid ABŞ-nin Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq üçün iyunun 14-dən 19-dək Azərbaycana, Gürcüstana və Ermənistana səfər edəcək.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən xəbərə görə, Dövlət katibinin köməkçisi Donfrid hər üç ölkə ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunması, ABŞ-nin onların suverenliyinə və müstəqilliyinə dəstək verməsini, Azərbaycan, Gürcüstan və Ermənistanın öz yolunu seçmək hüququnu vurğulayacaq. O, həmçinin Birləmiş Ştatların bütün regionda siyasi, iqtisadi və insanlar arasında əlaqələrin inkişafını dəstəkləməklə Cənubi Qafqazda davamlı sülhün qurulmasına kömək etməyə hazır olduğunu vurğulayacaq.

Doktor Donfrid iyunun 15-də və 16-da Bakıda səfərdə olacaq, Prezident İlham Əliyevlə, digər hökumət məmurları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. Dövlət katibinin köməkçisi Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunmasına dair diplomatik səylərə ABŞ-nin dəstəyini vurğulayacaq, Ukraynaya humanitar dəstəyinə görə Azərbaycana təşəkkür edəcək və Avropanın enerji təhlükəsizliyinə dəstəyini, transmilli təhlükələrə qarşı mübarizəni, fundamental azadlıqların dəstəklənməsi və ikitərəfli ticarətin və investisiyaların təşviqi sahəsindəki tərəfdaşlığı vurğulayacaq.

İyunun 17-də dövlət katibinin köməkçisi Donfrid Tbilisiyə səfər edəcək və o, prezident Salome Zurabişvilinin təşkil etdiyi Tbilisi Beynəlxalq Qadın Konfransında nitq söyləyəcək. “Doktor Donfrid həmçinin Tbilisidə baş nazir Qaribaşvili və digər hökumət rəsmiləri, müxalifət nümayəndələri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşərək, Kremlin Ukraynaya qarşı əsassız müharibəsini və Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə ABŞ-nin davamlı dəstəyini müzakirə edəcək. Dövlət katibinin köməkçisi həmçinin Birləşmiş Ştatların Gürcüstanı demokratik inkişafın və qanunun aliliyinin təbliğində, Gürcüstan iqtisadiyyatının diversifikasiyasında və çiçəklənən gələcəyin qurulmasında bundan sonra da necə dəstəkləyə biləcəyini müzakirə edəcək.

Dövlət katibinin köməkçisi Donfrid daha sonra iyunun 18-də Ermənistanın paytaxtı Yerevana səyahət edəcək və orada baş nazir Nikol Paşinyan və digər hökumət rəsmiləri ilə görüşəcək. Dövlət katibinin köməkçisi ABŞ-nin Ermənistan və Azərbaycan arasında davamlı sülhə doğru diplomatik səylərə dəstəyini ifadə edəcək. O, bizim ortaq dəyərlərə əsaslanan güclü tərəfdaşlığımızı və Ermənistanın demokratik inkişafı üçün qarşılıqlı öhdəliyimizi vurğulayacaq”.

Post navigation

Previous: Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
Next: Bakıda ana və iki azyaşlı övladını öldürən qatilin məhkəməsi başlayır

Oxşar xəbərlər

Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05

xƏBƏR

bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Azərbaycanda dəmir yollarının 63 faizi elektrikləşdirilib. Bu göstərici Avropa İttifaqında dəmir yolu şəbəkəsinin orta elektrikləşdirilmə səviyyəsi kimi...
Read more about Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.