Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Dövlət Departamenti Paşinyanın Azərbaycanla bağlı bəyanatlarına cavab verib

Orkhan Ali 19 Mart 2024 - 23:05 (Last updated: 21 May 2025 - 20:15)
vedant_patel

ABŞ Dövlət Departamenti Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhədin tez bir zamanda demarkasiyasının zəruriliyi ilə bağlı bəyanatlarına cavab verib.

Bugünkü brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibinin baş müavini Vedant Patel qeyd edib ki, ABŞ bu məsələyə ciddi diqqət yetirir:

“Bu, diqqətimizi yetirməyə davam etdirdiyimiz bir məsələdir. Bu, təkcə dövlət katibinin deyil, həm də katibin köməkçisi O’Brayen və baş koordinator Bono-nun müvafiq tərəflərlə əlaqəli şəkildə diqqətdə saxladığı bir məsələdir”.

Qeyd edək ki, bu gün Paşinyan bildirib ki, əgər Ermənistan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası məsələsini müzakirə etməsə, “həftənin sonunda müharibə olacaq”.

“Amma bu o deməkdir ki, həftənin sonunda müharibə olacaq. Və bu müharibənin sonunda nə olacağını bilirəm”, – deyə o bildirib.

Paşinyanın sözlərinə görə, “Ermənistan Azərbaycanla müharibənin baş verməsinə imkan verməməlidir” və ona görə də “sərhədi yerində dəqiqləşdirmək” lazımdır.

Ermənistanın baş nazirinin sözlərinə görə, iki ölkə arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün “real imkan var”.

Xatırladaq ki, 7 mart tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib.

30 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə (Qazax-İcevan) beşinci görüş baş tutdu(trend).

Post navigation

Previous: Lənkəranda 22 yaşlı qadın hamam otağında ölüb
Next: Azərbaycanda Novruz bayramı qeyd edilir

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.