ABŞ Dövlət Departamenti rusları “evsiz millət” adlandırıb

ABŞ Dövlət Departamenti Amerika vizası almaq istəyən rusları “evsiz vətəndaş” kimi təsnif edib.

Bu barədə məlumat Departamentin saytında dərc olunub.

Məlumatla bağlı aydınlıq gətirilir ki, o ölkələrin vətəndaşlarını bu kateqoriyaya aid edirlər ki, onların ABŞ–da konsulluq missiyası yoxdur və ya siyasi vəziyyəti qeyri-sabit hesab edilir. Bu isə diplomatik missiya işçilərin vətəndaşlarının viza üçün müraciətlərinə baxmasına imkan vermir. Bu halda, ərizəçilər bir və ya bir neçə qonşu ölkənin konsulluğuna müraciət edir.

Qeyd olunur ki, hazırda ruslar Amerika vizası üçün Polşanın paytaxtı Varşavada müraciət edə bilərlər.

Ümumilikdə on ölkənin vətəndaşları “evsiz millətlər” siyahısına daxil edilib. Bunların arasında Venesuela, Yəmən, İran, Kuba, Liviya, Suriya, Somali, Cənubi Sudan və Eritreya var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Alim Qasımovun qızı həbs edilən həyat yoldaşı haqqında sirləri açdı

Sonrakı məqalə

Müdafiə Nazirliyi ötən ilin bu həftəsi ilə bağlı görüntülər yayıb –