Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ dövlət katibinin və müdafiə nazirinin Ukraynaya məxfi səfərindən FOTOLAR –

User 25 Aprel 2022 - 12:50 (Last updated: 21 May 2025 - 20:15)
zelenski blinken

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin ilə görüşüb.

Azpost.info xəbər verir ki, bu barədə Zelenskinin “Telegram” kanalında məlumat verilib. Zelenski bildirib ki, Ukrayna üçün bu mühüm məqamda ABŞ-ın yüksək vəzifəli rəsmilərindən ibarət nümayəndə heyətinin Kiyevə səfəri çox dəyərli və vacibdir.

Tərəflər müdafiə yardımı, Rusiyaya qarşı sanksiyalar siyasətinin gücləndirilməsi, həmçinin Ukraynaya maliyyə dəstəyi və təhlükəsizlik təminatlarını müzakirə ediblər. “ABŞ-ın 3,4 milyard dollarlıq müdafiə dəstəyi Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə ən böyük töhfədir. Bu yardım artıq Ukraynanın müdafiə qabiliyyətini keyfiyyətcə yeni səviyyəyə qaldırmağa kömək edir” – Zelenski deyib.

Onun sözlərinə görə, görüş zamanı bundan sonra da intensivləşməli və təcavüzkara əhəmiyyətli təsir elementinə çevrilməli olan sanksiyalar siyasətinə xüsusi diqqət yetirilib: “Biz bu yolda növbəti addımların nədən ibarət olduğunu başa düşürük və tərəfdaşların dəstəyinə ümid edirik”.

Görüşün sonunda Zelenski Yermak-Makfol beynəlxalq təşkilatı tərəfindən hazırlanmış Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üzrə Fəaliyyət Planını ABŞ tərəfinə təhvil verib. O həmçinin bildirib ki, ABŞ-ı Ukraynanın təhlükəsizliyinin qarantı olacaq ölkələr arasında lider kimi görür.

Azpost.info

Post navigation

Previous: Milli Məclis Şuşada ilk dəfə dinləmələr təşkil edəcək
Next: Masallının ilk tibb elmləri doktoru –

Oxşar xəbərlər

zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56

xƏBƏR

neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51
Dünya bazarında Azərbaycan neftinin qiyməti 126 dolları ötüb. “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,64...
Read more about Neftimizin qiyməti 127 dollara yaxınlaşır
Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.