ABŞ Dövlət katibi Azərbaycan və Ermənistanı Qarabağ danışıqlarını bərpa etməyə çağırdı

ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan və Ermənistanı tezliklə substantiv danışıqları bərpa etməyə çağırıb.

Bu barədə M. Pompeo Ermənistanın müstəqillik günü münasibətilə təbrikində bildirib.

“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə sadiq qalırıq və tərəfləri Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqları mümkün qədər tez bərpa etməyə çağırırıq”, – deyə ABŞ Dövlət katibi qeyd edib.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir