Bakıda məktəbi qızıl və gümüş nişanla bitirən məzunların sayı açıqlanıb

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 19-u qızıl, 7-si gümüş nişana layiq görülüb.

İdarədən verilən məlumata görə, əmrdə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların adları və sayı açıqlanıb.

Belə ki, ümumilikdə respublika üzrə ötən tədris ilində təhsil müəssisələrini bitirən məzunlardan 125-i qızıl, 76-sı isə gümüş nişanla təltif olunub.

Qeyd edək ki, qızıl və gümüş nişana namizədlər Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Dövlət katibi Azərbaycan və Ermənistanı Qarabağ danışıqlarını bərpa etməyə çağırdı

Sonrakı məqalə

Səbail rayonunda yolların yenidən qurulmasına 1,9 milyon manat ayrılıb