ABŞ-də Hellouin şənliklərində 10-a yaxın adam həlak olub

ABŞ-də Hellouin şənliklərində silsilə atışma baş verib.

Bu barədə NBC telekanalı məlumat ayayıb.

Müxtəlif şatatlarda baş verən insidentlər zamanı 10-a yaxın şəxs ölüb. Hadisələr ən çox Florida və İndiana ştatlarında cərəyan edib. Yüzlərlə insanın iştirak etdiyi bayram şənliklərində 60-dan çox insan isə yaralanıb.

Bayram ənənəvi olaraq oktyabrın 31-də qeyd olunur. Builki Hellouin iş gününə təsadüf etdiyindən bir çox şəhərlərdə şənliklər oktyabrın 28-dən 29-na keçən gecə baş tutub.

Ölənlərin yaş kataeqoriyası 16 ilə 22 arasında dəyişir.

Eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşları odlu silahla bir neçə nəfəri saxlayıblar. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.