ABŞ Fars Xəbər Agentliyini qara siyahıya salıb

25 Yanvar 2020 - 15:55

İranın yarırəsmi “Fars” Xəbər Agentliyinin xarici istifadəçilər tərəfindən ziyarət edilən “farsnews.com” domeni ABŞ Maliyyə Nazirliyi tərəfindən bloklanıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə bilinən xəbər agentliyinə yalnız “farsnews.ir” domeni vasitəsi ilə daxil olmaq mümkündür.