“ABŞ gərginliyin artmasına 5 milyard dollar xərcləyib”- PUTİN

“Qərb hərbi əməliyyatlara Kiyevin əli ilə başlayıb”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çin Mərkəzi Televiziyasına müsahibəsində deyib.

Rusiya prezidentinin sözlərinə görə, ABŞ administrasiyası gərginliyin artmasına 5 milyard dollar xərcləyib.

Putin Ukraynada münaqişənin kəskinləşməsinin necə başladığını xatırladıb: “Xatırlatmaq istərdim ki, Ukraynada hərbi əməliyyatlar bizim tərəfimizdən deyil, xeyli əvvəl – 2014-cü ildə Qərb ölkələri Ukrayna prezidenti Viktor Yanukoviçlə müxalifət arasında müqavilələrin təminatçısı kimi çıxış edərək, öz zəmanətlərini unutduqları zaman başlayıb. Üstəlik, onlar dövlət çevrilişinə töhfə veriblər”.

Azpost.info

Əvvəlki məqalə

HƏMAS Qəzzada atəşkəs barədə xəbərləri təkzib edib

Sonrakı məqalə

Azərbaycanda televiziya, radio və nəşriyyat xərcləri 11 faiz artırılır