ABŞ hərbçiləri Suriyanın şimalındakı Tell-Beydar bazasını tərk edib

15 Oktyabr 2019 - 22:56

ABŞ hərbçiləri Suriyanın şimalındakı Haseke əyalətindəki Tell-Beydar bazasını tərk edib.

Bu barədə “SANA” agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ hərbi qulluqçularından ibarət karvan Tell-Tamer-Haseke magistralında yerləşən Sədd-əş-Şarki toplanış məntəqəsinə gəlib.

Bazar ertəsi günü ABŞ əsgərlərinin böyük bir hissəsi hərbi təyyarə ilə Ruheybe aviabazasından qonşu İraqa uçub. Çərşənbə axşamı günü isə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Menbiçdən geri çəkildiyi açıqlanıb.