ABŞ-ın vitse-prezidenti təcili Türkiyəyə gəlir

ABŞ vitse-prezidenti Mayk Pens bu gün Suriyadakı vəziyyətin tənzimlənməsi üzrə danışıqlar aparmaq üçün Türkiyənin paytaxtı Ankaraya yola düşür.

Bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Bildirilir ki, 17 oktyabrda ABŞ vitse-prezidenti Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ilə ikitərəfli görüşdə iştirak edəcək: “Görüşdə vitse-prezident Pens, Prezident (ABŞ-ın Donald) Trampın (Suriyada) nizamlanma əldə edilənə qədər Türkiyəyə qarşı sərt iqtisadi sanksiyalarını qüvvədə saxlamasına sadiqliyini təsdiqləyəcəkdir”.

Nümayəndə həyətində ABŞ dövlət katibi Mayk Pompeo, milli təhlükəsizlik müşaviri Robert O’Brayen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin də olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ hərbçiləri Suriyanın şimalındakı Tell-Beydar bazasını tərk edib

Sonrakı məqalə

Ötən il ölkədə 17 ana doğuş zamanı ölüb –