ABŞ hərbçilərini Menbicdən çıxardı

- Türkiyə bu şəhərdə antiterror əməliyyatına başlayacaq
15 Oktyabr 2019 - 17:01

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Suriyanın Menbic şəhərindən çıxıb.

“Report” xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Qeyd edək ki, Türkiyə ABŞ-dan Menbicdəki hərbçilərini və dəstəklədiyi terrorçu PKK/YPG-PYD qruplaşmasını çıxarmasını istəyirdi.

Türkiyə Menbicdə antiterror əməliyyatına başlayacaq.