Bakı Şəhər Baş Polis İdarəsindən müxalifətə xəbərdarlıq:"Qanunsuz mitinqin qarşısı alınacaq"

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın Bakıda keçirmək istədiyi icazəsiz mitinqlə bağlı məlumat yayıb.

İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev  bildirib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq: “Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsi qanunla müəyyən edilir. Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcək.”

Xatırladaq ki, Milli Şura oktyabrın 19-da Bakıda mitinq keçirəcəyi barədə məlumat yayaraq çağırış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ hərbçilərini Menbicdən çıxardı

Sonrakı məqalə

“Məktəblərdəki Pedaqoji Şura iclasları formal xarakter daşıyır”