ABŞ Hərbi Hava Qüvvələri süni intellektə malik min pilotsuz qırıcı hazırlayır

ABŞ Hərbi Hava Qüvvələri süni intellekt (AI) ilə təchiz edilmiş minə yaxın pilotsuz döyüş təyyarəsi istehsalı proqramı üzərində işləyir.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, proqramın büdcəsi 6 milyard dollar həcmində qiymətləndirilir. Pentaqon bu məbləğə min pilotsuz qırıcı sifariş etməyi nəzərdə tutur və yüzlərlə belə dron yaxın 5 il ərzində ABŞ Hərbi Hava Qüvvələrinin xidmətinə daxil ola bilər.

Məqsəd dronların “F-35” qırıcıları və “B-21” bombardmançıları kimi ekipajlı təyyarələri müşayiət etmək və qorumaqdır. Bundan əlavə, onlar öz silahlarını daşıya, yerdəki digər təyyarələrə və hədəflərə zərbələr endirə, həmçinin kəşfiyyat funksiyalarını yerinə yetirə biləcəklər.

ABŞ ordusu pilotlar tərəfindən idarə olunan standart hərbi təyyarələrin istehsalının yüksək xərcləri səbəbindən pilotsuz texnologiya və süni intellektdən istifadəni artırmaq qərarına gəlib.

Əvvəlki məqalə

İsrail Qəzzaya humanitar yardım aparan 277 yük maşınına icazə verib

Sonrakı məqalə

Ukraynanın Qazaxıstandakı sabiq səfiri barədə həbs qərarı verilib