ABŞ hərbçiləri Suriyanın şimalındakı Tell-Beydar bazasını tərk edib

ABŞ hərbçiləri Suriyanın şimalındakı Haseke əyalətindəki Tell-Beydar bazasını tərk edib.

Bu barədə “SANA” agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ hərbi qulluqçularından ibarət karvan Tell-Tamer-Haseke magistralında yerləşən Sədd-əş-Şarki toplanış məntəqəsinə gəlib.

Bazar ertəsi günü ABŞ əsgərlərinin böyük bir hissəsi hərbi təyyarə ilə Ruheybe aviabazasından qonşu İraqa uçub. Çərşənbə axşamı günü isə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Menbiçdən geri çəkildiyi açıqlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkdilli dövlət Başçılarının SAMMİTİ –

Sonrakı məqalə

ABŞ-ın vitse-prezidenti təcili Türkiyəyə gəlir