“ABŞ hərbçiləri Ukraynada hərbi əməliyyatda iştirak etməyəcək” –Müdafiə naziri Lloyd Ostin

“ABŞ hərbçiləri Ukraynada hər hansı hərbi əməliyyatda iştirak etməyəcək”.

Bunu jurnalistlərə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

Prezident Co Bayden aydın şəkildə deyib ki, hərbi əməliyyat məqsədi ilə Ukraynaya ordu göndərməyəcək”, deyə Ostin vurğulayıb.

Pentaqon rəhbəri Avropaya əlavə qüvvələr göndərilməsi barədə suala da münasibət bildirib: “düzünə qalsa, heç bir qoşun göndərməyəcəyik”.

Mətbuat konfransında iştirak edən Qərargah Rəisləri Komitəsinin sədri də Ostinin sözlərini təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yanvar ayı üzrə bütün müavinət və pensiyalar ödənilib

Sonrakı məqalə

Azərbaycan Ordusunun mayoru koronavirusdan vəfat edib