Yanvar ayı üzrə bütün müavinət və pensiyalar ödənilib

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün yanvar ayı üzrə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı da tam ödənilib.

Fondun İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, vətəndaşlar sosial ödənişlərini kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Beləliklə, yanvar ayına dair bütün sosial ödənişlər yekunlaşdırılıb.

Qeyd edək ki, yanvarın 11-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar, yanvarın 14-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ bir daha Rusiyanı Ukrayna sərhədindən geri çəkilməyə çağırıb

Sonrakı məqalə

“ABŞ hərbçiləri Ukraynada hərbi əməliyyatda iştirak etməyəcək” –