ABŞ hərbi gəmilərini Qara dənizdən çıxarıb
“ABŞ Ukrayna ətrafında yaranmış vəziyyətə görə hərbi gəmilərini Qara dəniz regionundan çıxarıb”.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi brifinqdə bildirib.
O, ölkəsinin addımını belə izah edib: “Biz işğalın qaçılmaz olduğunu görəndə bu addımı atmaq ehtiyatlı sayılırdı. ABŞ hər kəsə aydınlaşdırmaq istəyir ki, o, qüvvələrin yerləşdirilmək, bu və ya başqa qərarla münaqişə yaratmaqda maraqlı deyil”.
C.Kirbi ABŞ-ın gəmilərini Qara dənizə nə vaxt qayıda biləcəyi barədə dəqiq fikir söyləyə bilməyəcəyini deyib.
