“Rusiyanın nüvə arsenalının böyük hissəsi ABŞ-a yönəlib” – “Popular Mechanics”

Rusiyanın ABŞ üçün ən böyük təhlükəsi onun nüvə arsenalıdır.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ-ın “Popular Mechanics” jurnalı yazıb. “Rusiyanın 534 quruda yerləşən qitələrarası ballistik raketləri, dənizdən buraxılan nüvə raketləri və ümumilikdə 1565 termonüvə döyüş başlığına malik ağır strateji bombardmançı təyyarələri var. Bu arsenalın böyük hissəsi ABŞ-a yönəlib”, – nəşr qeyd edib. Vaşinqtonun hazırda inkişaf etdirdiyi ən yeni nüvə silahları arasında quruda yerləşən qitələrarası ballistik raketləri, Kolumbiya sinifli nüvə sualtı qayığı və “B-21 Raider” strateji gizli bombardmançı var. Nəşr əmindir ki, Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat fonunda Pentaqonun nüvə silahı üçün büdcəsi artırılacaq. Fevral ayında ABŞ Hərbi Hava Qüvvələri hərbi sənaye korporasiyası olan “Northrop Grumman”ın Kaliforniyadakı zavodunda altıncı “B-21 Raider”in tikintisinə başladığını təsdiqləmişdi.

Azpost.info

Əvvəlki məqalə

ABŞ hərbi gəmilərini Qara dənizdən çıxarıb

Sonrakı məqalə

Hindistanda iki başı, iki ürəyi, üç qolu olan uşaq dünyaya gəlib –