“ABŞ-ı gözləmədən Putinlə birbaşa danışıqlara hazıram” –Zelenski açıqlama verdi

Vladimir Zelenski
Vladimir Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın digər beynəlxalq münaqişələrin həllini tamamlamasını gözləmədən Rusiya Prezidenti Vladimir Putinlə dərhal birbaşa danışıqlara başlamağa hazır olduğunu bildirib.

Azpost.info bildirir ki, UNN-in məlumatına görə, dövlət başçısı bunu jurnalistlərə bildirib.

“ABŞ-ın dünyadakı bütün münaqişələri həll etməsini gözləməkdənsə, Putinlə dərhal birbaşa danışıqlara başlamağa hazıram” -deyə Zelenski vurğulayıb.

Prezident həmçinin qeyd edib ki, Vaşinqtonun diqqəti hazırda əsasən İran ətrafındakı vəziyyətə yönəlib. “Bu gün diqqət mərkəzində biz deyilik. Mənim fikrimcə, İran ABŞ üçün bir nömrəli məsələdir”, – Zelenski əlavə edib.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.