ABŞ hakimiyyəti sanksiyalar siyahısına “Alfa Group”un təsisçiləri Mixail Fridman, Pyotr Aven, Aleksey Kuzmiçev və German Xanı daxil edib.
Azpost.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib.
İş adamları ən sərt məhdudiyyətləri nəzərdə tutan SND siyahısına daxil edilib.
Bundan başqa, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı də “qara siyahıya” salınıb.
Fridman və Aven tərəfindən qurulan “LetterOne” investisiya şirkəti sanksiyalara məruz qalmayıb. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi bunu belə izah edib ki, aktivlərin 50 faizi və ya daha çoxu sanksiyaya məruz qalan şəxslərə məxsus deyil və bu səbəbdən onların əmlakının bir hissəsi hesab edilmir.
Azpost.info
