ABŞ-ın ən zəngin 10 şəhəri –

Burada ailənin orta gəliri 300 min dollardır (ADLAR)
04 Dekabr 2019 - 10:07

Bloomberg kanalının verdiyi məlumata görə, Amerikanın ən zəngin şəhəri San Fransikodan bir saatlıq məsafədə yerləşir. Bu şəhərdə minimum 2 min ailə yaşayır.

Fox News isə yazır ki, 10 zəngin şəhər əsasən meqapolislər yaxınlığında yerləşir.

İkinci, üçüncü və digər şəhərlər Nyu-Yorkdan cəmi bir saatlıq məsafədə olan, sonuncusu isə Çikaqo yaxınlığında yerləşən şəhərdir.

  1. İllinoys ştatının Qlenko şəhəri

Qlenkoda ailə üçün orta gəlir: $339 883

İllinoys ailəsinin orta gəliri: $61 229

Çikaqodan 33.1 km-lik məsafədə yerləşən Qlenkoda əhali sayı 9 mindir.

  1. Nyu-York ştatının Bronksvil şəhəri

Bronksvildə ailə üçün orta gəlir: $340 448

Nyu-York ştatında orta gəlir: $62 765

Nyu-Yorkdan 24.14 km-lik məsafədə yerləşən Bronksvildə 6200 nəfər yaşayır.

  1. Konnektikut ştatının Dariyen şəhəri

Dariyendə ailə üçün orta gəlir: $341 090

Konnektikutda orta gəlir: $73 781

ABŞ-ın əhalinin siyahıya alınma börosunun bildirdiyinə görə, 20 732 nəfərin məskunlaşdığı bu şəhər Nyu-Yorkdan bir saatlıq məsafədə yerləşir.

  1. Texas ştatının Haylend-Parkşəhəri

Haylend-Park ailə üçün orta gəlir: $358 994

Texasda orta gəlir: $57 051

Haylend-Park Dallas şəhərindən 5.85 km-lik məsafədə yerləşir və əhali sayı 8900 nəfərdir.

  1. Nyu-Cersi ştatının Şort-Hills şəhəri

Şort-Hillsdə ailə üçün orta gəlir: $367 491

Nyu-Cersidə orta gəlir: $76 475

ABŞ-ın əhalinin siyahıya alınma börosunun bildirdiyinə görə, 13 163 sakini olan bu şəhər ötən il Bloomberg tərəfindən ABŞ-ın beşinci ən zəngin şəhəri adlandırılmışdı.

  1. Kaliforniya ştatının Hillsboro şəhəri

Hillsboroda ailə üçün orta gəlir: $373 128

Kaliforniyada orta gəlir: $67 169

Hillsboro San Fransisko yaxınlığında yerləşir.

  1. Kaliforniya ştatının Los-Altos-Hills şəhəri

Los-Altos-Hillsdə ailə üçün orta gəlir: $386 174

Kaliforniyada orta gəlir: $67 169

Los-Altos-Hillsin sahəsi 23.3 kv-km-dir. 1956-cı ildə salınan şəhərdə 8000 adam yaşayır.

  1. Kolorado ştatının Çerri-Hils-Villic şəhəri

Çerri-Hils-Villic ailə üçün orta gəlir: $394 259

Koloradoda orta gəlir: $65 458

Şəhər Denver yaxınlığında 1945-ci ildə salınıb.

  1. Nyu-York ştatının Skarsdeyl şəhəri

Skarsdeyldə ailə üçün orta gəlir: $417 335

Nyu-York ştatında orta gəlir: $62 765

Skarsdeyl Nyu-Yorkdan bir saatlı məsafədə yerləşir. Bloomberg-in məlumatına görə, bu şəhər illik gəlirlərin 30 min dollar artması ilə bir pillə irəliləyib.

  1. Kaliforniya ştatının Aterton şəhəri

Atertonda ailə üçün orta gəlir: $450 696

Kaliforniyada orta gəlir: $67 169

Bu şəhər artıq üçüncü ildir ki, birinciliyini saxlayır. 1923-cü ildə salınan şəhərdə 6995 nəfər yaşayır. (Amerikanın Səsi)