ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kiyevə gəlib- FOTO

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Kiyevə gəlib.

Azpost.info xəbər verir ki, bu barədə BMT-nin kommunikasiyalar üzrə direktoru Neyt Evans “Tvitter”də yazıb.

Evans bildirib ki, səfər ABŞ-ın Ukraynaya sarsılmaz dəstəyini nümayiş etdirəcək.

“Bloomberg” xəbər verir ki, bir neçə gün əvvəl ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Kiyevə səfər edib. Onun sözlərinə görə, Sallivan Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski, eləcə də onun ofisinin rəhbəri Andrey Yermakla görüş keçirib.

Azpost.info

Əvvəlki məqalə

PREZİDENTİN ZƏFƏR GÜNÜ ŞUŞADA ÇIXIŞI –

Sonrakı məqalə

“Zelenskinin səsləndirdiyi şərtlər cəfəngiyyatdır”