“ABŞ-ın göstərişi ilə mülki adamları “canlı qalxan”a çevirirlər” –Putin Ukrayna ordusuna müraciət etdi

Rusiya prezidenti Putin Təhülkəsizlik Şurası ilə Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın gedişatını müzakirə edir. 

Azpost.info bildirir ki, Rusiya telekanalları isə Putinin Ukrayna ordusuna ünvanladığı müraciəti yayımlayıb.

Putin Ukraynada millətçi dəstələri, “banderaçılar” adlandırdığı qrupları böyük şəhərlərin mülki əhali yaşayan məkanlarını “canlı qalxan”a çevirməkdə ititham edib. Prezident deyib ki, bu qruplar insanların arxasında gizlənərək Rusiya ordusunu ağır silahlardan atəşə tutur. Bununla Rusiyanı dinc sakinlərin yaşadığı yerlərə atəş açmağa məbur etmək istəyirlər.

“Bu addım xarici məsləhətçilərin, daha doğrusu Amerikalı məsləhtəçilərin göstərişi ilə edilir. Sonra bizi mülki əhaliyə atəş açmaqda ittiham etsinlər”-deyə Putin vurğulayıb. Rusiya prezidenti Ukraynalıları ayağa qalxmağa və “millətçi dəstələrin” hakimiyyətinə son qoymağa çağırıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa İttifaqı Putinə qarşı sanksiya tətbiq edir –

Sonrakı məqalə

76 min döyüşçünün adı “Zəfər” portalına daxil edilib –