Avropa İttifaqı Putinə qarşı sanksiya tətbiq edir –Hesabları dondurulacaq

Avropa İttifaqı Rusiya prezidenti Putin və XİN rəhbəri Sergey Lavrova qarşı fərdi sanksiyaları razılaşdırıb. 

Azpost.info bildirir ki, bu barədə n-tv alman telekanalı Aİ-dəki mənbələrinə istinadən məlumat yayıb. Mənbənin məlumatına görə, burada söhbət aktivlərin dondurulmasından gedir. Aİ XİN başçıları bu gün bununla bağlı formal qərar qəbul edəcəklər.

Nufuzlu “Financial Times” qəzeti də bildirir ki, Avropa İttifaqı Putinin və Lavrovun hesablarını dondurmağı planlaşdırır. Səsvermə bu gün keçiriləcək.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Administrasiyasının QHT-lə iş sektoruna müdir təyin olunub

Sonrakı məqalə

“ABŞ-ın göstərişi ilə mülki adamları “canlı qalxan”a çevirirlər” –