ABŞ-ın İran üzrə xüsusi nümayəndəsindən “Facebook”-a çağırış:"Xamneyinin, Ruhaninin internet səhifələrini bağlayın..."

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk “Facebook”, “İnstaqram” və “Tvitter” sosial media şəbəkələrini İranın hakimiyyət orqanlarının səhifələrini bağlamağa çağırıb.

Azpost.info trend-ə istinadən bildirir ki, B.Huk “Twitter” hesabında yerləşdirdiyi çıxışında deyib: “Bu həddindən artıq ikiüzlü rejimdir. Hökumət sosial şəbəkələrdəki bütün hesablardan istifadə etməyə davam edərkən İnterneti söndürür. “Facebook”, “İnstagram” və “Twitter” kimi şirkətləri Ali Rəhbər (Əli) Xamenei, Xarici İşlər Naziri (Məhəmməd Cavad) Zərif və Prezident (Həsən) Ruhaninin öz xalqı üçün İnterneti bərpa etməyincə hesablarını bağlamağa çağırırıq”.

Daha əvvəl İran Xarici İşlər Nazirliyi, ABŞ-ın İran nazirinə qarşı “İnternet senzurası” üçün sanksiyalarını şərh edərkən, Vaşinqtonun İnternet azadlığının əhəmiyyəti olmadığını söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə hansı sahədə daha çox maaş verirlər? –

Sonrakı məqalə

“Azərbaycanda kitab çapının 425 yaşı tamam olur, niyə qeyd olunmur?” –