ABŞ-ın Kaliforniya ştatında atışma olub, ölənlər var

ABŞ-ın Kaliforniya ştatının Tulare dairəsində atışma baş verib, azyaşlı uşaq da daxil olmaqla altı nəfər həlak olub.

Bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Atışma Qoşendəki evlərdən birində qeydə alınıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları evdə 5 ölü aşkar ediblər.

Polis hadisə yerindən qaçan iki şübhəlini axtarır.

Hüquq-mühafizə orqanlarına görə, evə hücum təsadüfi olmayıb və cinayətkar dəstələrin fəaliyyəti ilə bağlı ola bilər.

Əvvəlki məqalə

Argentinada 5,3 bal gücündə zəlzələ baş verib

Sonrakı məqalə

“Azərbaycan qazının tədarükü ilə bağlı danışıqlara başlanılıb”-