“ABŞ-ın başqa ölkələrdə mövcudluğu ölüm və dağıntı gətirir”.
Azpost.info xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi bildirib.
“Qərbin Suriya, İraq və Əfqanıstanda törətdiyi əməllər çoxlarının yadındadır. Vaşinqtonun və onun müttəfiqlərinin cinayətlərinin tarix kitablarında yoxlanılmasına belə, ehtiyac yoxdur. Görün, “insan haqları müdafiəçiləri” Yəməndə, Fələstində, Livanda və Suriyada nələr ediblər?”, – Rəisi qeyd edib.
O, Qərbdəki düşmənlərin İranı qarışdırmağa çalışarkən hesablamalarında yanıldıqlarını deyib: “Tehranın kənardan yardıma ehtiyacı yoxdur, çünki ölkənin bütün problemlərini iranlılar özləri həll edə bilər”.
Azpost.info