“ABŞ-ın Qarabağla bağlı sazişin detallarını istəməsi qəribədir” –Lavrov Vaşinqtona cavab verdi

“ABŞ Dövlət Departamentinin Qarabağ razılaşmasının detalları haqqında məlumatlandırmağın vacibliyi haqqında bəyanatını eşitmək qəribədir”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Mauerlə görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Mənim üçün bunu eşitmək qəribə idi. Düzünü desək, hesab edirəm ki, bu cür bəyanatlar bu bəyanatları yayanın ya kifayət qədər məlumatlı olmadığını əks etdirir, ya da sadəcə olaraq anlaşılmazlığın nəticəsidir”,  deyə Rusiya XİN başçısı vurğulayıb. Lavrov ABŞ tərəfinin dövlət katibinin müavini səviyyəsində hər şey haqqında məlumatlandırıldığını da qeyd edib: “Bundan başqa, Rusiya əvvəldən Minsk Qrupunun həmsədrləri ilə, hansı ki, bura ABŞ da daxildir, sıx çalışıb. Son on gündə Qarabağ mövzusu iki dəfə Rusiya və Fransa prezidentləri ilə müzakirə olunub. Bir saata yaxın da mən fransalı həmkarımla müzakirə aparmışam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Kim hara qayıdır, kim hardan çıxır, hamısı bəyanatda yazılıb” –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 2075 nəfər COVID-19-a yoluxub –