ABŞ-ın sabiq dövlət katibi açıqladı:“Netanyahu Trampı bir neçə dəfə aldadıb”

ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson İsrailin baş naziri Netanyahunun prezident Trampı bir neçə dəfə aldatdığını açıqlayıb.

Azpost.info bildirir ki, Harvardın professorları ilə müsahibədə sabiq dövlət katibi deyib ki, Netanyahu Trampı bir neçə dəfə Makiavellisayağı aldadıb.

Tillerson deyib ki,İsrailin baş naziri ABŞ prezidentini aldatmaq üçün yenə “dezinformasiyalardan” istifadə edəcək: “Onlar bunu bir neçə dəfə ediblər. Trampı əmin etməyə çalışıblar ki, “biz yaxşıyıq, onlar pis”. Biz sonra bütün bunu prezidentə deyirdik. İstəyridik başa düşsün ki,  onu necə barmaqlarına sarıyırlar”.

Sabiq dövlət katibi bildirib ki, bizə bu qədər yaxın və mühüm olan müttəfiq bizimlə belə davranması yaxşı deyil.  Tillerson xəbərdarlıq edib ki, Netanyahu ilə işləyərkən onun bütün bəyanatlarına şübhə ilə yanaşmaq lazımdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Deputat mandatını girov qoymuş həmkarını qınadı:

Sonrakı məqalə

Rəfael Cəbrayılov mandat barədə danışmaqdan imtina etdi-