Rəfael Cəbrayılov mandat barədə danışmaqdan imtina etdi-Jurnalistləri hədələdi

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rəfael Cəbrayılov haqqında yazılan xəbərlərə münasibət bildirib.

Bununla bağlı APA-nın sorğusunu cavablandıran deputat bildirib ki, son dövrlərdə “ona qarşı iyrənc ləkələmə kampaniyası” gedir: “Təəssüf edirəm ki, bu iyrənc məqsədə nail olmaq üçün bir sıra jurnalistlərdən də istifadə olunur. Araşdırma aparmadan, məsələnin məğzini bilmədən yalnız bir tərəfin verdiyi informasiyanı yaymaq jurnalist fəaliyyətinə ziddir. Son dövrdə tikinti biznesi ilə məşğul olan qardaşlarım, habelə özümlə bağlı reallığa uyğun olmayan məlumatlar müxtəlif saytlarda yayılır. Bu da ondan irəli gəlir ki, bir sıra insanların “mülkiyyətində” olan saytlar var. Bu saytlar əslində heç bir jurnalist fəaliyyəti ilə məşğul olmur, yalnız “sahibinin” iyrənc niyyətlərini həyata keçirmək üçün “vasitə” rolunda çıxış edirlər. Həmin şəxslərin iyrənc məqsədlərinin üzə çıxarılmasına nail olacağam. Mənim və qardaşlarım haqqında yayılan məlumatlara görə təəssüflənirəm. Azərbaycan Respublikasının informasiya məkanında belə informasiya vasitələrinin olmasına təəssüf edirəm. O adamla isə mən dostam və başqa heç nə danışmaq istəmirəm”.

Deputat borclar, hazırkı məhkəmə çəkişmələri və deputat vəsiqəsinin girov qoyulması ilə bağlı suallara cavab verməkdən imtina edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-ın sabiq dövlət katibi açıqladı:

Sonrakı məqalə

İlham Əliyev: