ABŞ-ın sabiq vitse-prezidenti iğtişaşlara görə Konqresə çağırıla bilər

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens ifadə vermək üçün Konqresə çağırıla bilər.

APA “Figaro”ya istinadla xəbərinə görə, bu barədə Demokratlar Partiyasından olan deputat Adam Şif məlumat verib.

Deputat canlı yayımda bildirib ki, Pens 2021-ci ilin yanvarında Kapitoli ətrafında baş verən iğtişaşlara görə dindirilə bilər. Lakin o tək deyil. Təhqiqat komissiyasına ifadə verməli olan yüzlərlə adam var.

Komissiyanın növbəti iclasları 21 və 22 iyun tarixlərinə müəyyən edilib. İclasın gündəliyinə son prezident seçkilərindəki səsvermə mövzusu daxil edilib.

Əvvəlki məqalə

Yaxın günlərdə gözlənilən hava əsasən yağmursuz olacaq

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri