ABŞ İrana bağlı şiə qruplaşmasını terrorçu siyahısına daxil edib

ABŞ Dövlət katibi Mayk Pompeo “Əsaib Əxl əl-Hakk” hərbiləşdirilmiş şiə qruplaşmasını ABŞ-ın tərtib etdiyi xarici terror təşkilatları siyahısına əlavə edib, onun iki liderini isə xarici terrorçu kimi tanıyıb.

“TASS” agentliyi xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda bildirilib: “Əsaib Əxl əl-Hakk” və onun liderləri amansız qüvvələrdir və İran tərəfindən nəzarət olunur. Özlərinin Tehrandakı ağaları adından hərəkət edirlər, onlar güc və terrordan İran rejiminin İraqın suverenliyini pozmaq cəhdlərini dəstəkləmək üçün istifadə edirlər”, – deyə Amerika diplomatiyasının rəhbəri qeyd edib. (APA)

Dövlət Departamentinin fikrinə görə, “Əsaib Əxl əl-Hakk” “yaradıldığı 2006-cı ildən bəri 6 mindən çox ABŞ və koalisiya qüvvələrinə hücumlara məsuliyyəti öz üzərinə götürüb”. Ötən ilin dekabrında ABŞ-ın Maliyyə Nazirliyi sözügedən qruplaşmaya və onun liderlərinə qarşı sanksiya tətbiq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan gecə cəbhə xəttində atəşkəsi yenə pozub

Sonrakı məqalə

Bakıda gecə “göydələn” binada baş vermiş yanğın məhdudlaşdırılıb –